Ayşe Coral Türkiyədə fəaliyyət göstərən Adler Central Europe şirkətinin rəhbəri vəzifəsini icra edir. O, həmçinin Adler tərəfindən sertifikatlaşdırılmış təlimçi və rəhbərlərlə iş üzrə kouçdur.
Ayşe xanım həmçinin Adler tərəfindən sertifikatlaşdırılmış təlimçi və rəhbərlərlə iş üzrə kouçdur. 25 il ərzində tekstil sahəsində öz biznesini idarə etdikdən sonra o, öz kouçinq təliminə başlayaraq, 2010-cu ildə sertifikasiya və praktikum proqramını bitirmiş və ACPC Adler Certified Professional Coach ünvanını qazanmışdır.
O, Mentor kouçinq və Komanda kouçinqi təlimlərindən (Living System Approach tərəfindən) keçmiş, eləcə də, dünyanın hər yerindən olan tanınmış təlimçilərin apardığı şəxsi inkişaf və mənəvi mövzulu təlimlərdə iştirak etmişdir. İstəyinə uyğun olaraq, o ictimai məsuliyyət mövzusunda qadınlarla müxtəlif layihələr üzərində çalışmış və öz bizneslərini qurmaqda onlara mentorluq etmişdir.
Ayşe Coral Türkiyədə PET (Parents Effectiveness Training/Thomas Gordon) proqramının ilk təlimçilərindəndir.
Onun kouçinq və mentorluq bacarıqlarına uyğun korporativ təcrübəsi Kouçinq məktəbinin rəhbərliyinə dəstək olmuş və böyük nailiyyətlər gətirən komanda işini yaratmışdır.
“Biz”in gücü
Onun yanaşması həyat və insanlara olan sevgisinə əsaslanır. O, hesab edir ki, dəyişiklik insanlara toxunmaqla , eyni zamanda, bu proses ərzində digər bir şəxsin həssaslığını müşahidə etmək və ona şəfqətlə yanaşmaqla həyata keçə bilər. Onun həyat devizi “inadla ulduzlara doğru” mənsını verən “per Ardua Ad Astra”dır. O, insanın əgər həvəs və qətiyyətlə çalışarsa, ulduzlara çatacağına çox inanır.