Konfrans haqqında

Kouçinq və Liderlik Konfransı

Kouçinq – müasir iş dünyasının yüksələn trendidir. O, müsbət dəyişikliklər və faydalı öyrənmə üçün əvəzsiz fürsətlər yaradır. Dünyanın qabaqcıl şirkətləri qurumdaxili ab-havanın yaxşılaşdırılması, korporativ mədəniyyətin möhkəmləndirilməsi, əməkdaşların motivasiya və performanslarının yüksəldilməsi üçün bu dəyərli alətdən geniş şəkildə istifadə edirlər.

5 aprel 2019-cu ildə Bakı Boulevard Hoteldə baş tutacaq konfransımız kouçinq və liderlik sahəsində dünyanın qabaqcıl və sınaqdan keçmiş təcrübələrini Sizinlə paylaşmağı öz qarşısına məqsəd qoymuşdur. Qeyd edək ki, bu konfrans Beynəlxalq Kouç Federasiyasının güclü dəstəyi ilə həyata keçirilir.

Konfransımızın bu ilki sloqanı – “İndi dəyişiklik zamanıdır”. Dünyanın müxtəlif ölkələrindən gələn spikerlərimiz şəxsi həyatda və şirkətlərdə müsbət dəyişikliyi həyata keçirməyin sirlərini bu tədbirdə Sizinlə səxavətlə paylaşacaqlar.

 

Kimlər iştirak etməlidir?

  • Peşəkar kouçlar, konsultantlar və mentorlar;
  • Şirkət rəhbərləri, idarəçilər və sahibkarlar;
  • Layihə rəhbərləri/koordinatorları;
  • İnsan resursları mütəxəssisləri;
  • Təlim və tədris fəaliyyəti ilə məşğul olan mütəxəssislər;
  • Şəxsi və karyera inkişafına töhfə vermək istəyən hər bir şəxs.

 

Nə qazanacaqsınız?

  • Kouçinq və liderlik sahəsində müasir dünya təcrübəsi, yeni trendlər, fərqli baxış bucaqları;
  • Təcrübəli spikerlərlərlə ünsiyyət;
  • Dünya görüşünüzün və şəxsi bacarıqlarınızın inkişafına töhfə;
  • Peşəkar netvorkinq;
  • Özünü yeniləmək üçün yeni əvəzsiz fürsət.

Kouçinq nədir?

Kouçinq (coaching) – insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi inkişaf prosesidir. Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün kouç adlanan şəxsi inkişaf müəlliminin müşayiəti ilə ruhi və zehni səyahətə başlayırlar.

Kouçinqin əsas məqsədi – bu xidməti alan şəxsin (coachee – koçi)  potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin və sədlərin yıxılaraq, performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar.